Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb

24 Sentyabr 2026 12:29

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən C.Paşayev saxlanılıb.

Milli.Az xəbər verir ki, ondan 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)