Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü

24 Sentyabr 2026 12:14

Bakıda kişi binadan yıxılıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

62 yaşlı Murad İsmayıl oğlu Həşimov binanın dördüncü mərtəbəsindəki yaşadığı mənzilin eyvanından yıxılaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)