Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı

24 Sentyabr 2026 12:07

Nizami rayonunda şirkət anbarından 51 min manatlıq kombi aparatları oğurlanıb

Milli.Az xəbər verir ki, paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarlardan birindən 48 ədəd kombi aparatı oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ümumi dəyəri 51 min manat olan 48 kombi aparatını talayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)