Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb

24 Sentyabr 2026 20:56

Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.

-----------
Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.

Qurumdan qeyd olunub ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.

Digərlərinin axtarışı aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)