Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən E.Həsrətov saxlanılıb.
Milli.Az xəbər verir ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə istifadə etdiyi məlum olub. E.Həsrətov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)