Məşhur model Naomi Kempbell Azərbaycana gəlib.
Milli.Az xəbər verir ki, model Bakıda "Formula 1" oyunları münasibəti ilə təşkil olunan gecədə iştirak edib.
Naominin əyləndiyi görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, bu, Naominin Bakıya ilk səfəri deyil. Belə ki, o, iki il əvvəl də Formula 1-i izləmək üçün paytaxtımızda qonaq olmuşdu.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)