Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)

24 Sentyabr 2026 10:35

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə iki pilot sessiyanı vaxtından əvvəl başa vurmalı olub.

Milli.Az-ın məlumatına görə, "MP Motorsport" komandasının pilotu Oliver Qete və "Invicta Racing" təmsilçisi Coşua Durksen sərbəst yürüşdə mübarizəni davam etdirə bilməyiblər.

Beləliklə, hər iki pilot üçün sessiya nəzərdə tutulan vaxtdan əvvəl başa çatıb.

Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-Prisi sentyabrın 26-da yekunlaşacaq.

Müəllif: Tural Hüseyn