Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək

24 Sentyabr 2026 10:41

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.  

Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)