"Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.
Ən yaxşı nəticə "Art Grand Prix" komandasından olan Kuş Mainiyə məxsus olub.
İkinci yeri "Rodin Motorsport"dan Aleks Dann, üçüncü yeri isə "Campos Racing"dən Nikola Tsolov tutub.
xxx
Bakıda təşkil olunan Formula 2 üzrə Azərbaycan Qran-Prisində sərbəst yürüş sessiyasına start verilib.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən sessiya saat 10:00-da başlayıb.
Yarış proqramına əsasən, Formula 2 üzrə bu gün daha iki mühüm sessiya - sıralama turları keçiriləcək.
Azərbaycan mərhələsində 10 komandadan 20 pilot mübarizə aparır. Pilotların yarışdığı Bakı Şəhər Halqasının uzunluğu 6 kilometr təşkil edir.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-Prisi sentyabrın 26-da yekunlaşacaq.
Müəllif: Tural Hüseyn