Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin qarşılaşmalarına start veriləcək.
Milli.Az xəbər verir ki, ilk oyun günündə səkkiz matç keçiriləcək.
A liqasının II qrupunda Niderland və Almaniya, həmçinin Serbiya və Yunanıstan yığmaları arasında gərgin mübarizə izləniləcək. Eyni liqanın IV qrupunda isə Norveç Danimarka ilə, Portuqaliya isə Uelslə qüvvəsini sınayacaq.
B liqasının III qrupunda Avstriya İsraillə, Kosovo isə İrlandiya millisi ilə yaşıl meydanda üz-üzə gələcək.
D liqasında da azarkeşləri iki qarşılaşma gözləyir. I qrupda Andorra Malta ilə münasibətlərinə aydınlıq gətirəcəyi halda, II qrupda Azərbaycan millisinin qrupdakı rəqibləri olan Lixtenşteyn və Litva yığmaları xal mübarizəsinə çıxacaqlar.
UEFA Millətlər Liqası
24 sentyabr
A liqası, II qrup
22:45 Niderland - Almaniya;
22:45 Serbiya - Yunanıstan.
A liqası, IV qrup
22:45 Norveç - Danimarka;
22:45 Portuqaliya - Uels.
B liqası, III qrup
22:45 Avstriya - İsrail;
22:45 Kosovo - İrlandiya.
D liqası, I qrup
20:00 Andorra - Malta.
D liqası, II qrup
22:45 Lixtenşteyn - Litva.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)