Nuri Əhmədov vəfat etdi

24 Sentyabr 2026 09:33

Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.

N.Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan "AzEuroTel" şirkətinin qurucusu və baş direktoru olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)