Sentyabrın 23-də Azərbaycan Qran-Prisinin yubiley yarışıərəfəsində xarici media nümayəndələri üçün ənənəvi media turutəşkil olunub.
"Sky Sports F1", "Sinxua" xəbər agentliyi, "Reuters Photo", "Formula 1 Italy", "Kazinform", "Car Magazine Brasil" və digərbeynəlxalq media qurumlarının nümayəndələrinin iştirak etdiyitur zamanı jurnalistlər Azərbaycanın zəngin mədəni irsi vəənənəvi xalçaçılıq sənəti ilə tanış olublar.
Azərbaycan Milli Xalça Muzeyində keçirilən turda jurnalistlərxalçaçılığın tarixi, müxtəlif xalça məktəblərinin özünəməxsusxüsusiyyətləri, naxış, rəng və kompozisiya ənənələri barədəməlumat əldə ediblər.
Proqramın xüsusi hissəsi xalçaçılıq üzrə master-klass olub. Media nümayəndələri xalça ustalarının iş prosesini izləyib, ənənəvi toxuculuq texnikasını özləri də sınayıblar. Hazırladıqlarıxalça nümunələrini isə Bakıdan xatirə aparıblar.
Bu mövsüm Bakı yarışını işıqlandırmaq üçün şəhərə gələn xaricijurnalistlərin Bakının yalnız Formula 1 yarışı ilə deyil, zənginmədəniyyəti, tarixi və milli irsi ilə də yaxından tanış olmağagöstərdikləri maraq diqqət çəkir. Şəhərin fərqli simasını kəşfetmək, yerli mədəniyyətlə daha yaxından tanış olmaq və butəəssüratları öz ölkələrində bölüşmək onların Bakı səfərlərinindiqqətçəkən məqamlarından birinə çevrilir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin yubileyyarışı 24-26 sentyabr tarixlərində keçiriləcək.
Müəllif: Tural Hüseyn