Qısqanclıq sosial əhatədən dostluqlara, iş həyatından ailə və romantik münasibətlərə qədər bir çox sahədə davranışlarımıza təsir edə bilən duyğulardan biridir. Bəzən açıq şəkildə büruzə çıxan bu duyğu, bəzi hallarda isə olduqca məsum görünən sözlərin arxasında gizlənə bilir.
Milli.Az xəbər verir ki, psixologiyaya görə qısqanclıq özgüvən əskikliyi, bir şeyi itirmək qorxusu və ya insanın öz dəyərinə münasibətdə mənfi algısı ilə bağlı ola bilər. Qısqanclığın yaranmasında sosial müqayisənin də mühüm rolu var. Psixoloq Leon Festingerin 1954-cü ildə irəli sürdüyü sosial müqayisə nəzəriyyəsinə görə insanlar öz bacarıqlarını və dəyərlərini qiymətləndirmək üçün başqaları ilə müqayisə aparırlar. Xüsusilə də insanın özünü qiymətləndirə biləcəyi obyektiv meyarların olmadığı hallarda başqalarının uğurları, xüsusiyyətləri və ya həyat tərzi müqayisə nöqtəsinə çevrilə bilir. Bu müqayisələrin bəzi insanlarda inamsızlıq duyğusunu tətikləyə biləcəyi və bunun da müxtəlif müdafiə formaları ilə büruzə verə biləcəyi qeyd olunur.
Qısqanclığı ələ verən cümlə
Bu ifadələr arasında ən diqqətçəkənlərdən biri "Mən bunu edə bilməzdim" cümləsidir. Tək başına söyləndikdə bu ifadə əlbəttə ki, qısqanclıq mənasına gəlmir. Psixoloji baxımdan başqasının uğuru, seçimi və ya həyat tərzi qarşısında bu cümlənin alçaldıcı və ya müdafiəçi bir tavarla və davamlı olaraq təkrarlanması fərqli məna daşıya bilə bilər.
İnsan qarşısındakı insanın etdiyi şeyi birbaşa dəyərləndirmək əvəzinə mövzunu öz seçimləri üzərindən ələ alaraq həmin şəxsin uğurunu və ya seçimini qəbul etməkdə çətinlik çəkə bilər. Buna görə də "Mən bunu edə bilməzdim" kimi bir ifadə kontekstdən və istifadə biçimindən asılı olaraq passiv-aqressiv ünsiyyət tərzi ilə əlaqələndirilə bilər.
Tək bir cümlədən hərəkət edərək bir insanın qısqanc olduğu nəticəsinə gəlmək mümkün deyil. Mütəxəssislərin diqqət çəkdiyi məqam bu cür ifadələrin təkrarlanan bir davranış biçiminin hissəsi olub-olmamasıdır. Başqalarının uğurlarını davamlı olaraq kiçiltmək, edilən seçimləri dəyərsizləşdirmək və ya insanın öz dəyərini başqaları ilə müqayisə edərək müəyyənləşdirməsi altda yatan inamsızlıqların üzə çıxması ola bilər.
Qısası, qısqanclıq həmişə açıq bir tənqidlə özünü büruzə vermir. Bəzən gündəlik bir söhbətdə deyilən, ilk baxışdan olduqca adi görünən bir cümlə də insanın qarşısındakı şəxs barədə həqiqi duyğularından xəbər verə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)