Televiziyaya baxarkən demək olar ki, hər kəsin sadəcə kanal dəyişdirmək və ya kanal nömrəsi yazmaq üçün istifadə etdiyi rəqəmsal düymə paneli əslində ekranın arxasında böyük bir rahatlıq gizlədir. Televizor pultlarında yer alan "0" düyməsinin gizli funksiyası hər gün saatlarla menyularda tətbiq və kanal axtaran istifadəçilərin işini xeyli asanlaşdıracaq xüsusiyyətdədir.
Milli.Az xəbər verir ki, "0" düyməsinə bir neçə saniyə basılı saxladıqda smart televizorların ən praktiki xüsusiyyətlərindən biri olan "Sürətli Giriş" aktivləşir. Bu gizli qısayol paneli sayəsində pultdakı rəqəm düymələri sadə birer rəqəm olmaqdan çıxıb tək toxunuşla işləyən tətbiq və ya kanal düyməsinə çevrilir.
Quraşdırma başa çatdıqdan sonra rəqəmsal yayım platformalarına və ya sevimli kanallara çatmaq üçün əsas ekrana qayıdıb menyularda vaxt itirmək dövrü bitir. Təyin edilən rəqəmə tək bir toxunuşla istənilən tətbiq dərhal ekrana gəlir.
Sürətli giriş idarəetmə menyusu gəlir
Televizyon ekranında bu praktiki qısayol sistemini işə salmaq üçün iki asan üsul mövcuddur:
Birinci üsul: Pultdakı "0" düyməsinə bir neçə saniyə basılı saxladıqda ekrana "Sürətli Giriş" idarəetmə menyusu gəlir. Bu ekran vasitəsilə istənilən rəqəm düyməsinə istənilən tətbiq və ya kanal təyin oluna, mövcud qısayollar dəyişdirilə və ya silinə bilər.
İkinci üsul: Tez-tez istifadə olunan tətbiq və ya kanal açıq vəziyyətdə olarkən, təyin edilmək istənən rəqəm düyməsinə birbaşa bir neçə saniyə basılı saxlanılır. Ekranda görünən təsdiq pəncərəsi ilə birlikdə həmin düymə sözügedən tətbiq üçün dərhal sürətli başladıcı düyməyə çevrilir.
Digər rəqəm və düymələrdə də gizli menyular var
Uzun basıldıqda əlavə funksiya qazanan yeganə seçim "0" düyməsi deyil. Müasir smart televizor pultlarının əksəriyyətində digər rəqəmlər və düymələr də gizli əmrlər ehtiva edir:
"9" düyməsinə uzun basıldıqda sürətli yardım və sistem dəstək ekranı açılır;
Səssizləşdirmə (mute) düyməsinə basılı saxlandıqda isə əlçatanlıq ayarları ekrana gəlir.
Xarici giriş və ya əsas ekran düymələrinə uzun müddət basmaq qoşulmuş cihazların idarəetmə panelinə və ya son istifadə olunan tətbiqlər siyahısına sürətli keçid təmin edir. Televizyon modellərindən və pult tiplərindən asılı olaraq düymələrin quruluşu fərqlənsə də, fiziki rəqəm düymələrinə sahib bütün yeni nəsil smart televizor pultlarında bu praktiki üsul birbaşa istifadə oluna bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)