Günün bu saatında içilən kofe damarları daxildən zədələyir

24 Sentyabr 2026 04:04

Harvard Universitetinin Tibb Məktəbinin alimləri 12 il ərzində 100 mindən çox insan üzərində apardıqları irimiqyaslı klinik araşdırmanın nəticələrini təqdim ediblər.

Milli.Az xəbər verir ki, tədqiqat zamanı məlum olub ki, səhər yuxudan oyanan kimi ac qarına kofe içmək və ya şəkərli səhər yeməyi qəbul etmək qanda insulinin kəskin şəkildə yüksəlməsinə və damar divarlarının iltihablaşmasına səbəb olur.

Faktlar sübut edir ki, bu vərdiş müntəzəm hal aldıqda 2-ci tip diabet riskini 38 faiz, erkən infarkt riskini isə 42 faiz artırır. Alimlər aşkar ediblər ki, ac qarına qəbul edilən kofein mədə şirəsinin turşuluğunu kəskin artıraraq həzm sistemini zədələyir və kortizol (stress) hormonunun səviyyəsini normsadan 2 dəfə yüksək həddə qaldırır.

Həkimlər sağlamlığı qorumaq üçün oyandıqdan sonra ilk 30 dəqiqə ərzində mütləq 1 stəkan ilıq su içməyi və kofeni yalnız zülalla zəngin səhər yeməyindən 1 saat sonra qəbul etməyi tövsiyə edirlər. (Musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)