"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

23 Sentyabr 2026 22:32

Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı aparılan araşdırmada yeni həbs qərarı verilib.

Milli.Az xəbər berir ki, "Kurtlar vadisi" serialının ssenaristlərindən biri olan keçmiş polis əməkdaşı Bayram Özbek həbs edilib.

O, "silahlı terror təşkilatı qurmaq və ya idarə etmək" və "qəsdən adam öldürməyə təhrik etmək" ittihamları ilə Silivri Sülh Cəza Hakimliyinin qərarı əsasında cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada vəfatı ilə bağlı başladılan istintaq çərçivəsində daha əvvəl də bir sıra şübhəlilər barəsində hüquqi tədbirlər görülüb.

İstintaqın hadisənin bütün təfərrüatlarının ortaya çıxarılması məqsədilə davam etdirildiyi bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)