Azərbaycan millisinin futbolçusu Mahir Emreli Tacikistanla yoxlama oyununda zədələnib.
Milli.Az xəbər verir ki, Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Mahir 90+3-cü dəqiqədə zədə alıb.
Matç başa çatan kimi həkimlər futbolçuya tibbi yardım göstəriblər.
Hələlik Mahir Emrelinin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)