"Volfsburq" rəsmi saytında yarımmüdafiəçi Kristian Eriksenlə yollarını ayırdığını elan edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klub və futbolçu 2027-ci ilin ortalarınadək qüvvədə olan müqaviləyə xitam verilməsi barədə razılığa gəliblər.
Almaniya klubu Eriksenin əmək müqaviləsinin ləğv edilməsini şəxsən özünün xahiş etdiyini bildirib.
"Bizim üçün aydın idi ki, gələcəyi ilə bağlı qərarı Kristian özü verməlidir. Biz bu xüsusi vəziyyətdə ona seçim azadlığı vermək istədik və indi onun müqaviləyə xitam verilməsi ilə bağlı xahişini yerinə yetirdik", - deyə "canavarlar"ın idman direktoru Diter Hekinq bildirib.
Yayın əvvəlində Kristian Eriksen Danimarka və Ukrayna milli komandaları arasında keçirilən oyun zamanı meydanda yıxılmışdı. Məlum olmuşdu ki, danimarkalı futbolçunun kardiostimulyatoru işə düşüb. Bu qurğu Eriksenə AVRO-2020 matçında meydanda ürəktutması keçirdikdən sonra implantasiya edilmişdi.
Eriksen "Volfsburq"un heyətində 34 matç keçirib, üç qol vurub və 10 məhsuldar ötürmə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)