Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var

23 Sentyabr 2026 16:28

Hörmüz boğazında tanker naməlum obyekt tərəfindən vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra karqo gəmisində yanğın baş verib. Nəticədə iki nəfər xəsarət alıb, gəminin heyəti isə təxliyə edilib.

Hadisə nəticəsində ətraf mühit üçün təhlükə yarada biləcək hər hansı vəziyyətin qeydə alınmadığı bildirilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)