Barnaulda taksi sürücüsü mübahisə etdiyi sərnişinə atəş açıb.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, hadisə sürücü ilə sərnişin arasında yaranan mübahisə zamanı baş verib. 53 yaşlı taksi sürücüsü tapançadan sərnişinə üç dəfə atəş açıb.
Sərnişin hadisə nəticəsində sağ qalıb.
Polis tərəfindən saxlanılan sürücü barəsində cinayət işi başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)