Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda maraqlı olduğu halda Moskvaya səfər edə bilər.
Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında mümkün görüşlə bağlı Moskvanın mövqeyi dəyişməyib.
"Putin bildirib ki, Zelenski istəsə, Moskvaya gələ bilər", - deyə Peskov qeyd edib.
Peskov bildirib ki, Rusiya Zelenskinin səfəri zamanı onun təhlükəsizliyini təmin etməyə hazırdır. O, həmçinin Ukrayna liderinin münaqişənin həlli üçün hansı qərarların qəbul edilməli olduğunu bildiyini deyib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya Kiyevin sülh danışıqlarının başlanmasına mane olduğunu bildirdiyi fəaliyyətlərə baxmayaraq, danışıqlara açıq mövqeyini qoruyur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)