Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)

23 Sentyabr 2026 15:07

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrası Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

Milli.Az xəbər verir ki, müəssisədən 4 nəfər azadlığa buraxılıb. Azadlığa buraxılan keçmiş məhkumların hamısı Azərbaycan vətəndaşlarıdır.

_________________

Prezident İlham Əliyevin imzaladığı"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasına başlanılıb.

Sərəncəm Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.

Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)