Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi

23 Sentyabr 2026 13:57

Daha bir vəkil kollegiyadan uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki. bu barədə Vəkillər Kollegiyasının sentyabrın 22-də keçirilən iclasında qərar verilib.

Məlumata görə, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)