Bakıda skuterdən yıxılan kişi öldü

23 Sentyabr 2026 12:39

Bakıda skuterdən yıxılan 42 yaşlı kişi ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, 1984-cü il təvəllüdlü İsmayıl Nəbiyev sentyabrın 12-də Azadlıq prospektində skuterdən yıxılıb.

Xəstəxanaya yerləşdirilən İ. Nəbiyev sentyabrın 21-i orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)