Türkiyəli aktyor Ali Sürmelinin növbəti televiziya layihəsi məlum olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi "Susanlar" serialında rol alacaq. Ali Sürmeli ekran işində "Samet" obrazını canlandıracaq.
Qeyd edək ki, aktyor son olaraq "Eşref Rüya" serialında çəkilib. O, məşhur "Kurtlar vadisi" serialında "Zaza dayı" obazı ilə geniş tamaşaçı kütləsi tərəfindən sevilmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)