Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu yeni baş məşqçisini müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, bundesliqa təmsilçisi Aleksander Blessinlə müqavilə imzalayıb. 53 yaşlı mütəxəssis 2028-ci ilə qədər komandanın baş məşqçisi olacaq.
Aleksander Blessin bu postda sentyabrın 13-də istefa verən Oygen Polanskini əvəzləyib.
Münhenqladbax klubu cari mövsümə uğursuz başlayıb. "Borussiya" Bundesliqada keçirdiyi ilk 4 matçın hamısında məğlub olub.
Qeyd edək ki, Aleksander Blessinin son çalışdığı klub "Sankt-Pauli" olub. O, ötən mövsümün sonunda komandanın Bundesliqada qalmasına kömək edə bilməyib və "Sankt-Pauli" aşağı liqaya düşüb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)