Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)

24 Sentyabr 2026 10:00

Məşhur türk restoran sahibi və sosial media fenomeni Nüsrət Gökçənin restoranında qeydə alınan görüntülər sosial şəbəkələrdə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, kadrlarda restoranın rusiyalı qadın müştərisinə fərqli formada xidmət göstərən Nüsrət diqqət çəkib. O, məşhur "qızıl ət" şousunu yarıçılpaq formada nümayiş etdirərək tikəni öz əli ilə müştəriyə yedirdib.

Nüsrətin bu təqdimatı sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Görüntülər qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)