Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)

23 Sentyabr 2026 01:01

"Mançester Siti"nin və Norveç yığmasının ulduz hücumçusu Erlinq Haaland dünyaca məşhur yutuber "MrBeast" (Cimmi Donaldson) ilə bir araya gələrək sosial mediada böyük səs-küyə səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ulduz futbolçu və məşhur bloqer süni intellekt vasitəsilə yaradılmış məşhur internet memini real həyatda canlandırıblar.

Onların birlikdə çəkildiyi qısametrajlı video bazar ertəsi günü yutuberin sosial media hesablarında yayımlanıb.

"MrBeast" videonu "Həyatımın ən qorxulu şam yeməyi, Erlinq" başlığı ilə paylaşıb. Qısa müddət ərzində rolik milyonlarla baxış toplayaraq trendlərə düşüb.

Videoda Haaland şam yeməyi masasında əyləşərək ilin əvvəlində sosial şəbəkələrdə geniş yayılan görüntüləri dəqiqliklə təkrar edir. Həmin memdə futbolçu guya güzgüdə öz əksini görərək komik bir qorxu ilə geriyə sıçrayırdı. Bu dəfə isə norveçli hücumçu heç bir rəqəmsal effektdən istifadə etmədən həmin hərəkətləri şəxsən canlı olaraq yerinə yetirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)