Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan bir qrup pasiyent xəstəxananın qapılarının axşam saatlarında bağlanmasından və həyətə çıxmağa icazə verilməməsindən narazıdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, xəstələrin iddiasına görə, axşam yeməyinin miqdarı azaldılıb, menyuda sadəcə iki dilim qara çörək, bir tikə ət və bir ədəd kartof olub. Bundan başqa, xəstəxananın qapısının saat 18:00-dan sonra bağlandığı və xəstələrin həyətə çıxmasına icazə verilmədiyi iddia olunur.
Görüntüləri "Xəzər Xəbər"in qaynar xəttinə hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu stasionar müalicə alan pasiyentlər göndərib. Xəstəxənada olan Pasiyentlər iddiaları təsdiqlədilər.
İddialara Kardiologiya İnstitutunun elmi katibi, həkim-kardioloq Təranə Cavadova aydınlıq gətirdi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)