Bir ildə 3-4 dəfə təmir olunan yol yenə çöküb... Hətta, yolda asflat qatının təzə vurulduğu aydın şəkildə görünür... Sonuncu dəfə 1 il əvvəl təmir olunsa da, ərazinin aqibəti dəyişməyib...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Xətai rayonu NZS qəsəbəsi Zakir Yusifov küçəsindən gedir.
Sakinlər bildirirlər ki, yolun çökməsinə səbəb kanalizasiya sistemidir.
Sürücülər də yolun bu halda olmasının hərəkət üçün ciddi problem yaratdığını bildirirlər.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ünvanda tullantı su xəttində qəza baş verib. Bu səbəbdən ərazidə qazıntı işləri aparılıb. Təmir işləri icra olunduqdan sonra asfalt qatı bərpa ediləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)