İsmət Cəfərova yüksək vəzifə verildi

22 Sentyabr 2026 21:33

"AZCON Holdinq"də yeni kadr təyinatı baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İsmət Cəfərov holdinqin Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, 2025-ci ildən "AZCON Holdinq"də çalışır. İsmət Cəfərov daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərbaycan Hava Yolları" QSC və "Aqrar Tədarük və Təchizat" ASC-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)