Babək rayonunun bir sira yaşayış məntəqələrində işıq olmayacaq

22 Sentyabr 2026 21:21

Sentyabrın 23-də Babək rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Milli.Az-a verilən məlumata görə, fasilə 35/10 kV-luq Nəzərabad yarımstansiyasından qidalanan 10 kV-luq Şıxmahmud hava elektrik xəttində aparılacaq işlərlə əlaqədar olacaq.

Belə ki, saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində, eləcə də Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.

İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)