Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)

22 Sentyabr 2026 20:50

Hindistanın Karnataka ştatında 91 yaşlı qadın öz evinin həyətində meymunun hücumuna məruz qalıb. Qadın bir gün sonra həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S.Savadattinin həyat yoldaşı Nəcəmunnisa Bəyim evinin həyətində gəzərkən qəfildən peyda olan meymun onun üzərinə atılıb. Nəticədə qadın yerə yıxılıb. Anasına kömək etməyə çalışan qızı da heyvanın hücumuna məruz qalıb.

Məlumata görə, zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib və əvvəlcə səhhətində müsbətə doğru dəyişiklik müşahidə edilib. Lakin ertəsi gün qadının vəziyyəti kəskin pisləşib. Onun ürəyinin fəaliyyəti dayanıb və reanimasiya tədbirləri nəticə verməyib.

Qeyd olunur ki, bu sentyabr ayında qeyd olunan regionda ölümlə nəticələnən üçüncü meymun hücumudur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)