Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının (UNGA81) Nyu-Yorkda keçirilən Ümumi Debatının rəsmi açılışında iştirak edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə səhifəsində paylaşım edib.
"BMT Baş Assambleyasının 81-ci sessiyasının (UNGA81) Nyu-Yorkda keçirilən Ümumi Debatının rəsmi açılışında iştirak etdim. Qlobal çağırışların mövcud olduğu bir vaxtda UNGA81 dialoqu təşviq etmək və beynəlxalq səviyyədə ortaq prioritetləri həll etmək üçün mühüm platforma təqdim edir.
Yüksəksəviyyəli həftə çərçivəsində məhsuldar təmasları səbirsizliklə gözləyirəm", - deyə Ceyhun Bayramov paylaşımında qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)