"Beşiktaş"ın serbiyalı hücumçusu Dusan Vlahoviç zədələnib.
Milli.Az xəbər verir ki, 26 yaşlı futbolçunun sağ budunun arxa əzələsində gərilmə aşkarlanıb.
Serbiya millisinin heyətinə çağırılsa da, Vlahoviçin riskə atılmayacağı və UEFA Millətlər Liqasının 4 oyununda iştirak etməyəcəyi bildirilib.
Futbolçu milli komandaya qoşulmayaraq İstanbulda qalacaq və klubun tibbi heyətinin nəzarəti altında müalicə və fərdi məşqlərini davam etdirəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)