Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Milli.Az Report-a istinadla xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.\
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)