Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var

22 Sentyabr 2026 16:36

Lənkəranda evdən 75 500 manat oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində yerləşən evlərdən birindən 500 manat pul və içərisində 75 000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.

Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə araşdırma davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)