Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı

22 Sentyabr 2026 16:07

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib.

Məlumatda qeyd olunub: "Yaxın günlərin ən mühüm hadisələrindən biri, barəsində əlavə məlumat verəcəyimiz payız gecə-gündüz bərabərliyi ilə yanaşı, ehtimal ki, sentyabrın 24-də, yəni bu cümə axşamı gözlənilən payızın ikinci maqnit qasırğası olacaq".

Dəqiqləşdirilmiş məlumata görə, gözlənilən bu təbiət hadisəsi Günəşdə yaranan irihəcmli tac dəliyi ilə əlaqədar olacaq.

Milli.Az