Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı

22 Sentyabr 2026 15:40

Ukraynanın "Naftoqaz" şirkəti Poltava vilayətində yerləşən neft-qaz müəssisəsinin tamamilə dağıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkətin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında həyata keçirdiyi hücumdan sonra müəssisə tamamilə sıradan çıxıb.

Bildirilib ki, obyektə dəymiş ciddi ziyan səbəbindən onun bərpası mümkün deyil.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl Rusiya qoşunlarının Poltava vilayətinin Kremençuk şəhərində yerləşən neft emalı zavoduna zərbə endirdiyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)