Türk kinosunun tanınmış aktrisalarından Şerif Sezer 27-ci Sadri Alışık Teatr və Kino Aktyor Mükafatları mərasimində qısa müddətlik narahatlıq yaşayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı sənətçinin tədbirdən əvvəl qırmızı xalçada vəziyyəti pisləşib. Həmin vaxt yanında olan qızı və həmkarı Deniz Arna ona yardım edib.
Şerif Sezer qızı Deniz Arna ilə birlikdə mərasimə qatılıb. O, tədbir başlamazdan əvvəl media nümayəndələri üçün poz verib. Daha sonra müsahibə verməyə hazırlaşdığı zaman qəfil özünü pis hiss edib.
Anasının vəziyyətini görən Deniz Arna dərhal ona müdaxilə edərək Şerif Sezeri izdihamdan uzaqlaşdırıb və dincəlməsi üçün sakit bir yerə aparıb.
Bir müddət istirahət etdikdən sonra sənətçinin vəziyyətinin yaxşılaşdığı bildirilib. Özü də yaşadığı anı şərh edərək qəfil təzyiqinin qalxdığını və gözlərinin qaraldığını söyləyib.
"Özüm də anlamadım. Birdən təzyiqim qalxdı, gözlərim qaraldı. Mənə heç nə olmaz", - deyə Şerif Sezer bildirib.
Sənətçinin səhhətinin qısa müddət sonra düzəldiyi və onun qızı Deniz Arna ilə birlikdə gecənin proqramında iştirakını davam etdirdiyi qeyd olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)