Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü

22 Sentyabr 2026 12:29

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Vüqar Elşən oğlu Aslanov idarə etdiyi "BYD Destroyer A05" markalı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü Qabil Salman oğlu Həşimovu vurub.

Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)