Bakı Konqres Mərkəzində yanğın baş verməyib.
Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri hazırda Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbirlə əlaqədar əraziyə cəlb olunub.
FHN-dən bildirilib ki, binada hər hansı yanğın hadisəsi qeydə alınmayıb. Mətbəx sahəsində havalandırma sisteminin işə düşməsi səbəbindən əraziyə FHN qüvvələri cəlb edilib.
Qeyd olunub ki, vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)