Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)

22 Sentyabr 2026 10:30

Türkiyənin Trabzon vilayətində yerləşən Kurtdere yaylasında maraqlı vəziyyət yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"un hücumçusu Məhəmməd Salahın fotosessiya etdiyi qaya turistlərin diqqət mərkəzinə düşüb.

Futbolçu Kapadokiyaya səfəri zamanı çəkdirdiyi fotoları sosial media hesablarında paylaşıb. Həmin görüntülər arasında Salahın yaylada bir qayanın üzərində oturduğu kadr da yer alıb.

Foto qısa müddətdə sosial şəbəkələrdə geniş yayıldıqdan sonra azarkeşlər Salahın həmin görüntünü harada çəkdirdiyini müəyyənləşdirməyə çalışıblar. Nəticədə futbolçunun əyləşdiyi qayanın yeri müəyyən edilib.

Maraq o qədər artıb ki, qayanın yanında ziyarətçilərin məkanı asanlıqla tapması üçün "Salah Yaylası" yazılmış məlumat lövhəsi yerləşdirilib.

Hazırda yüzlərlə turist və "Trabzonspor" azarkeşi həmin əraziyə üz tutur. Ziyarətçilər Salahın fotosundakı pozanı təkrarlayaraq eyni qayada şəkillər çəkdirirlər.

Qeyd edək ki, 34 yaşlı Məhəmməd Salah avqust ayında "Trabzonspor"a transfer olunub. Futbolçu bundan əvvəl 2017-ci ildən formasını geyindiyi İngiltərənin "Liverpul" klubunda çıxış edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)