İspaniya La Liqasının VII turunda keçirilən "Atletiko" - "Real" qarşılaşmasının baş hakimi Migel Anxel Ortis Aryasın cəzalandırılacağı bildirilib.
Milli.Az xəbər verir ki, bu barədə "Archivo VAR" məlumat yayıb. Məlumata görə, 1:2 hesabı ilə başa çatan görüşdən sonra Migel Anxel Ortis Aryasa ən azı iki oyunluq diskvalifikasiya tətbiq olunacaq.
"Sivitas Metropolitano" stadionunda baş tutan qarşılaşma zamanı referinin dörd ciddi səhvə yol verdiyi və iki epizodda VAR sisteminin köməyindən yararlandığı qeyd edilib.
Hakimin qərarları arasında "Atletiko"nun futbolçusu Li Kan İnin "Real"ın yarımmüdafiəçisi Federiko Valverdenin ayağına basdığı epizod da yer alıb. Bundan başqa, Kristian Romeronun Cud Bellinqemlə mübarizədə onun ayağına zərbə endirməsi ilə bağlı qərar da mübahisəli məqamlar sırasında göstərilib.
Qeyd edək ki, "Real"ın baş məşqçisi Joze Mourinyo matçdan sonra təşkil olunan mətbuat konfransında Migel Anxel Ortis Aryasın idarəçiliyindən narazılığını ifadə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)