Bakının Sabunçu rayonunda iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Milli.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Əməliyyat zamanı müəyyən edilib ki, mənzildə qalan uşaqlar giriş qapısının döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə edərək doqquzmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilə qonşu eyvandan daxil olublar.
Mənzildə yatmış vəziyyətdə aşkar edilən 2018 və 2019-cu il təvəllüdlü iki uşaq xilasedicilər tərəfindən yaxınlarına təhvil verilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)