Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə

22 Sentyabr 2026 00:47

Partnerinizin sizi aldatdıb-aldatmadığını anlamanın qəti və sadə yolu olmasa da, özəl detektivlərə görə sədaqətsizliklə bağlı birbaşa suala verilən cavabın biçimi bəzi hallarda diqqətçəkən ola bilər.

Milli.Az xəbər verir ki, İngiltərənin "Mirror" qəzetinə danışan özəl detektivlər xüsusilə partnerin dəqiq suala qəti bir "xeyir" cavabı vermək əvəzinə sualdan yayınmasının üzərində dayanırlar. "Venus Investigations" şirkətinin detektivləri fəaliyyətlərində insanların çox vaxt gözdən qaçırdığı bir ünsiyyət qəlibi fərq etdiklərini bildirirlər. Buna əsasən, partnerinizə birbaşa "Məni aldadırsan?" deyə soruşduqda, "Xeyir" demək əvəzinə "Həqiqətən sənə belə bir şey edəcəyimi düşünürsən?" kimi sualla qarşılıq verməsi diqqət çəkə bilər. Eyni şəkildə həmin şəxs sualı cavablandırmaq əvəzinə qəzəblənə bilər, ittihamdan duyduğu narahatlığı dilə gətirə bilər və ya nə üçün belə düşündüyünüzü sorğulamağa başlaya bilər. Detektivlərə görə burada əsas məqam verilən əsas suala birbaşa cavab verilməməsidir.

Müdafiəyə keçmək tək başına sübut deyil
"Titan Investigations" şirkətinin özəl detektivləri də həddindən artıq müdafiəedici və ya yayındırıcı cavabların diqqət çəkə biləcəyini qeyd edirlər. Məsələn, sadə bir suala qəflətən qəzəblənmək və ya cavab vermək əvəzinə qarşı tərəfi ittiham etməyə başlamaq bəzi hallarda şübhə yarada bilər. Söhbətin həmin şəxsin qarşısındakını problemləri şişirtməkdə, paranoyak olmaqda və ya baş verənləri sadəcə xəyal etməkdə ittiham etdiyi bir nöqtəyə gəlməsi də mümkündür. Bəzi hallarda bu cür davranışlar "gaslighting" olaraq xarakterizə oluna bilər.

Özəl detektivlər bu reaksiyaların heç birinin tək başına aldatmanın sübutu olmadığını xüsusilə vurğulayırlar. Sadiq bir insan da haqsız yere ittiham olunduğunu düşündüyü üçün qəzəblənə bilər, ittihamdan inciyə bilər və ya gərgin bir söhbət zamanı necə reaksiya verəcəyini bilməyə bilər. Buna görə də partnerin suala verdiyi reaksiya münasibətdə ünsiyyət baxımından üzərində dayanılması lazım olan bir vəziyyət ola bilər, lakin şübhə doğuran bir davranış ilə aldatmanı təsdiq edən konkret sübut arasında mühüm fərq mövcuddur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)