Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)

22 Sentyabr 2026 14:39

Teleaparıcı Zaur Baxşəliyev gənc görünməsinin səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkədəki canlı yayımı zamanı bu barədə danışıb. Zaur sözügedən sirri həyat yoldaşı və yaxınları ilə də bölüşdüyünü bildirib.

Teleaparıcının sözlərinə görə, son vaxtlar neqativ xəbərlərdən mümkün qədər uzaq durmağa çalışır. Zaur hesab edir ki, məhz mənfi məlumatlardan uzaq qalması onun özünü daha yaxşı hiss etməsinə və gənc görünməsinə təsir edir.

Onun açıqlaması sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)