Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)

22 Sentyabr 2026 10:45

Müğənni Elçin Hüseynov keçirdiyi mədə kiçiltmə əməliyyatından sonra görünüşündəki dəyişikliklə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin son görüntülərində xeyli çəki itirdiyi nəzərə çarpıb. Elçin Hüseynovun artıq 45 kiloqram arıqladığı bildirilib.

Müğənninin yeni görünüşü izləyicilərinin də diqqətindən yayınmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri sənətçini əvvəlki görünüşündən tanımaqda çətinlik çəkdiklərini qeyd ediblər.

Onun son halı ilə bağlı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)