Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)

22 Sentyabr 2026 04:04

Türkiyəli müğənni Gülben Ergen vəsiyyəti ilə bağlı verdiyi açıqlamasıyla diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, ifaçı vəsiyyətnaməsini keçmiş həyat yoldaşı, oğullarının atası Mustafa Erdoğana təhvil verəcəyini bildirib:

"Bu şəkil mənim üçün çox dəyərli və mənalıdır. Yəqin ki, hər bir ana üçün belədir. 35 il ərzində fasiləsiz çalışdım. İndi isə elə bir mərhələdəyəm ki, artıq hər şeyi yavaşladıram.

Vəsiyyətnaməmi sağlam və ağlım yerində yazmışam. Onu vəkilimdən əvvəl təhvil verəcəyim yeganə şəxs isə uşaqlarımın atasıdır". (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)