Nikolas Keycin son halı - (Foto)

21 Sentyabr 2026 22:50

62 yaşlı aktyor Nikolas Keyc 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Milli.Az xəbər verir ki, cütlük Los-Ancelesdə keçirilən Corc Lukasın Nəqliyyat Sənəti Muzeyinin təntənəli açılış mərasimində iştirak edib.

Pərəstişkarların diqqətini xüsusilə "Ghost Rider" filminin ulduzunun görünüşü çəkib. Keyc sıx, ağarmış saqqal saxlayıb və saçlarındakı ağları artıq gizlətməyib. Aktyor tədbirə mavi smokinq, ağ köynək və qara şalvar geyinərək gəlib, görünüşünü gün eynəyi ilə tamamlayıb. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)